Terminal (film, 2004)

Terminal
ing. The Terminal
Janr Komediya-dram
Əsas mövzu aviasiya
Rejissor Stiven Spilberq
Prodüserlər Stiven Spilberq
Volter Parks
Lori Makdonald
Ssenari müəllifləri Saşa Cervasi
Ceff Natanson
Baş rollarda Tom Henks
Ketrin Zeta-Cons
Stenli Tuççi
Çi Makbrayd
Dieqo Luna
Operator Yanuş Kaminski
Bəstəkar Con Vilyams
İstehsalçılar Amblin Entertainment
Parkes/MacDonald Productions
DreamWorks Pictures
Distribütor UIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi 18 iyun 2004
Müddət 128 dəq.
Büdcə $60 million[1]
Gəlir $219.4 million[1]
Ölkə ABŞ ABŞ
Dillər İngilis dili
Rus dili
Fransız dili
İl 2004
Rəng rəngli
Çəkiliş yeri Monreal
IMDb ID0362227

"Terminal" (ing. The Terminal) — 2004-cü il ABŞ komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan filmdə baş rollarda Tom HenksKetrin Zeta-Consdur. Filmin ilk baxışı 18 iyun 2004-cü ildə baş tutmuşdur. Film Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında terminalda saxlanılan, ABŞ-yə girişinə qadağa qoyulan və eyni zamanda çevrilişə görə öz doğma ölkəsinə qayıda bilməyən birisi haqqındadır. Belə ki, pasportu artıq etibarsız olduğu üçün Amerikaya girmə haqqını itirmiş vəziyyətdə olan Viktor nə ölkəsinə geri dönə bilir, nə də Amerikaya girə bilir. Ölkəsindəki döyüş bitənə qədər hava limanı terminalının tranzit sərnişinlər salonunda gözləmək məcburiyyətində qaldığına görə başına gəlməyən qalmır[2]. Film qismən də 1988-ci ildən 2006-cı ilədək Fransanın Paris şəhərindəki Şarl de Qoll Hava Limanının 1 saylı terminalında 18 il qalmış Mehran Kərimi Nasserinin həyatından ilhamlanaraq çəkilmişdir[3].

  1. 1 2 Terminal Box Office Mojo-da
  2. [1] Arxivləşdirilib 2017-02-25 at the Wayback Machine, Tom Hanks’ın ən yaxşı filmləri
  3. Ethan Gilsdorf, Behind 'The Terminal,' a true story Arxivləşdirilib 2015-12-02 at the Wayback Machine, The Christian Science Monitor, June 21, 2004. Retrieved December 5, 2010.

Developed by StudentB